Giriş kodları
Təhlükəsizlik kodu sizin telefonunuzu icazəsiz istifadədən mühafizə etməkdə kömək
edir. Siz kodu yarada və dəyişdirə habelə telefonu kodu tələbetməsi üçün qura
bilərsiniz. Kodu gizli və telefonunuzdan ayrı bir təhlükəsiz yerdə saxlayın. Kodunuzu
yadınızdan çıxartsanız və telefonunuz kilidlənsə, ona xidmət göstərmək lazım olacaq.
Əlavə tariflər tətbiq oluna bilər və telefonunuzdakı bütün şəxsi məlumatınız silinə bilər.
Ətraflı məlumat üçün Nokia Care nöqtəsinə yaxud telefonunuzun dilerinə müraciət
edin.
SIM kartla birgə verilən PIN kod kartı icazəsiz istifadədən qoruyur. Bəzi SIM kartlarla
birgə verilən PIN 2 kodu müəyyən xidmətlərə daxil olmaq üçün tələb olunur. Əgər PIN
və ya PIN2 kodunu ardıcıl olaraq üç dəfə yanlış daxil etsəniz sizdən PUK və ya PUK2
kodu tələb olunacaq. Əgər bu kodları bilmirsinizsə, xidmət təminatçınızla əlaqə
saxlayın.
SİM kartınızın təhlükəsizlik modulunda yerləşən məlumata giriş əldə etmək üçün modul
PİN tələb olunur. Rəqəmsal imza üçün PIN imzası tələb oluna bilər. Zəngi qadağan
etmə xidmətindən istifadə edərkən qadağan etmə parolu tələb olunur.
Telefonunuzun giriş kodlarından və təhlükəsizlik parametrlərindən istifadəsini
nizamlamaq üçün
Menyu
>
Parametrlər
>
Təhlükə/-sizlik
seçin.