Yaddaş kartını daxil edin
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan yaddaş kartlarından
istifadə edin. Uyğun olmayan yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı
zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat pozula bilər.
Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə yaddaş kartlarını dəstəkləyir.
8
Cihazın işə salınması
1 Yaddaş kartı slotunun qapağını açın (1, 2).
2 Kartın kontakt sahəsi üzüyuxarı olmalıdır. Kartı yerinə oturana kimi onu içəri salın
(3).
3 Slotun qapağını bağlayın.
Yaddaş kartını çıxardın
Mühüm: Proqram yaddaş kartından istifadə edərkən onu çıxarmayın. Bunun
edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan məlumat
pozula bilər.
Telefonu söndürmədən yaddaş kartını çıxara və ya yerinə taxa bilərsiniz.
1 Yaddaş kartı slotunun qapağını açın.
2 Kartı çıxana kimi içəri itələyin və kartı çıxardın.
3 Slotun qapağını bağlayın.