Nokia X2 02 - Batareya təhlükəsizliyi

background image

Batareya təhlükəsizliyi
Batareyanı çıxarmazdan əvvəl həmişə cihazı söndürün və enerjı qurğusundan ayırın. Adapteri və ya aksessuarı ayırarkən,

şnurdan deyil, ştepseldən tutub çəkin.

Adapteriniz istifadə edilmədikdə, onu elektrik rozetkasından və cihazdan ayırın. Batareyanın normadan artıq doldurulması

onun istehlak müddətini qısaltdığından, tam doldurulmuş batareyanı adapterə qoşulu saxlamayın. İstifadə edilmədikdə tam

doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.

Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlayın. Kəskin temperaturlar batareyanın fəaliyyətini və

ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.

34

Məhsul və təhlükəsizlik üzrə məlumat

background image

Təsadüfi qısa qapanma dəmir metal əşyalar birbaşa batareyanın metal zolaqlarına toxunduqda, məsələn, tək batareyanı

cibinizdə gəzdirdiyinizdə baş verə bilər. Qısa qapanma batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.

Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv edin. Mümkün

olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.

Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması olarsa, batareya mayesinin

dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su ilə yuyun və ya tibbi

yardım üçün müraciət edin.

Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın. Batareyalar

zədələnərsə, partlayışa səbəb ola bilər.

Batareyanı və adapteri yalnız müvafiq məqsəd üçün istifadə edin. Yalnış istifadə və ya təsdiq edilməyən batareya və ya uyğun

olmayan adapterin istifadəsi yanğın, partlayış və ya digər təhlükələr yarada bilər və hər hansı təsdiqi və ya zəmanəti etibarsız

edə bilər. Əgər cihaz və ya batareyanın zədələndiyindən əmin olsanız, istifadə etməzdən əvvəl onu xidmət mərkəzinə apararaq

yoxladın. Heç vaxt zədələnmiş batareya və ya adapterdən istifadə etməyin. Adapderi yalnız qapalı məkanda istifadə edin.