Rəqəmli hüquqların idarəsi haqqında
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu
funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar
idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün
RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla OMA DRM 1.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər
hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan
tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ
tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan
digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə
etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz
həmçinin cihazınızdakı fayllar pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya tərkibin
itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq
üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.