Telefonunuzun proqram təminatını yeniləyin
Telefonunuzun göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni qabaqcıl
xüsusiyyətləri əldə etmək istəyirsiniz? Telefonunuzdan maksimal faydalanmaq üçün
proqram təminatını mütəmadi olaraq yeniləyin. Siz telefonunuzu həmçinin yeniləmələri
avtomatik yoxlanılması üçün qura bilərsiniz.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə
biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Siz proqramınızı yalnız daxili SIM kart saxlayıcısında olan SIM kartdan istifadə etdikdə
yeniləyə bilərsiniz.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu
olduğuna əmin olun.
Menyu
>
Parametrlər
seçin.
30
Telefonun idarə edilməsi
1
Cihaz
>
Cihaz yeniləmələri
seçin.
2 Hazırki proqram təminatının versiyasını göstərmək və yeniləmənin mövcudluğunu
yoxlamaq üçün
Cari proqr. detalları
seçin.
3 Proqram təminatını yükləmək və quraşdırmaq üçün
Cih. proq-nı yüklə
seçin.
Ekranda göstərilən təlimatlara əməl edin.
4 Əgər quraşdırma yükləmədən sonra ləğv olunubsa,
Proq. yeniləm. qur
seçin.
Proqram təminatının yeniləməsi bir neçə dəqiqə çəkə bilər. Əgər quraşdırmada
problem varsa, şəbəkə xidməti təminatçınıza müraciət edin.
Proqram təminatının yeniləmələrini avtomatik yoxlamaq
Seçin
Avtomatik PT yenil.
və proqram təminatının yenilənməsini nə qədər tez
yoxlanılacağını təyin edin.
Şəbəkə xidməti təminatçınız telefonunuzun proqram təminatı üçün yeniləmələri
birbaşa hava üzərində telefonunuza göndərə bilər. Bu şəbəkə xidməti haqqında əlavə
məlumat üçün şəbəkə xidməti təminatçınız ilə əlaqə saxlayın.